Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / “Mebel sexində yanğının söndürülməsində 20 texnika və 90-dan çox canlı qüvvə iştirak edib”

“Mebel sexində yanğının söndürülməsində 20 texnika və 90-dan çox canlı qüvvə iştirak edib”

“Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən Savalan MMC-yə məxsus mebel sexində baş vermiş yanğınla bağlı məlumat idarəetmə mərkəzinə saat 21:19-da daxil olub”.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

O bildirib ki, yanğının mürəkkəbliyinə, o cümlədən obyekt daxilində tezalışan malların olması ilə əlaqədar yüksək saylı çağırış elan edilib:

“Görülən operativ faəliyyət nəticəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub. Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub”.

General-mayor həmçinin qeyd edib ki, yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 20 teknikası və 90-dan artıq canlı qüvvəsi cəlb olunub:

“Yanğın nəticəsində şəxsi heyət və obyektə olanlar arasında xəsarət alan olmayıb. Yanğının baş vermə səbəblərinə gəlincə isə, hazırda söküntü işləri aparılır. Daha sonra bizim laboratoriyada yanğının səbəbləri araşdırılacaq”.APA

Həmçinin oxuyun

Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)

“Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı …