Ana səhifə / Sosial / Astarada 20-dən çox sürücü cərimə olundu

Astarada 20-dən çox sürücü cərimə olundu

Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Astara rayonunda reydlər təşkil olunub.

DİN-in Mətbuat Xidməti xəbər verir ki, tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən, yükdaşıma qaydalarını pozan və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Həmçinin, karantin rejim qaydalarının tələblərinə ictimai nəqliyyatda əməl olunması da yoxlanılıb və aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, sürücülərlə bu istiqamətdə izahedici söhbətlər aparılıb.

Həmçinin oxuyun

Ev alarkən diqqətli olun – VİDEO

“Kənd təsərrüfat təyinatlı torpaq sahəsində evlərin tikintisinə icazə verilmir”. Bu sözləri ARB TV-nin efirində yayımlanan …