Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Cəmiyyət / Əhəd Abıyev: “Pərvin Abıyeva adlı adam tanımıram”

Əhəd Abıyev: “Pərvin Abıyeva adlı adam tanımıram”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev aktrisa Pərvin Abıyeva ilə bağlı adının hallanmasına münasibət bildirib.

Daşkəsən RİH-dən Pravda.az-a daxil olan məlumatda deyilir:

“Müxtəlif media orqanlarında barəsində yayılan “Əhəd Abıyevlə Pərvin Abıyevanı hansı tellər bağlayır?” başlıqlı əsassız yazıya münasibət  olaraq Əhəd Abıyev bildirir: “Mən həyatda Pərvin Abıyevanı heç vaxt görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib təkzib verilməzsə, bu yazını yazanı da təzə media qanunları ilə məhkəməyə verəcəm”.

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …