Ermənistanın tanınmış aktrisası Anais Sardaryan hərbi panteon Yerablurla bağlı maraqlı məlumat yayıb.
İncəsənət xadiminin üzə çıxardığı xoşagəlməz hadisə ölkə mediasında müzakirələrə səbəb olub.
– Anais İkinci Qarabağ müharibəsində öldürülmüş əsgərlərdən biri ilə bağlı açıqlama verib. O həmin hərbçinin bacısından əldə etdiyi videonu yayaraq iddia edib ki, Yerablurda bayram günləri əsgər qəbrlərinin üzərinə düzülən meyvə və şirniyyatlar kütləvi şəkildə oğurlanıb,-məqalədə yazılıb.
Aktrisa özü isə qəbrləri qarət edən erməniləri sərt şəkildə tənqid edib.
– Yerablurda oğlanlarımızın qəbrinin üzərindəki bağlamaları götürürlər. Deyirlər ki, onlar erməni deyillər-, Anais hiddətli açıqlama verib. O, həm də məktublar təqdim edib ki, bunlardan hərbi panteonda bu cür hadisələrin ilk dəfə baş vermədiyi aydın olub. AzVision.az