Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Külli miqdarda borcu olan azərbaycanlı aktyor: “Məni öldürəcəklər!”

Külli miqdarda borcu olan azərbaycanlı aktyor: “Məni öldürəcəklər!”

Aktyor Elməddin Cəfərov şəxsi həyatı ilə gündəmə gəlib.

“ATV” kanalında yayımlanan “1 dəqiqə” proqramına qonaq olan aktyor illər əvvəl külli miqdarda borcu olduğunu və bunu ödəmədiyi təqdirdə öldürüləcəyini deyib:

“Bir problemi düzəltmək istəyəndə daha böyük problemə düşdüm. Hər şeyin bitdiyi bir an gəldi. Külli miqdarda borcum oldu. Buna həll olunmaz problem kimi baxırdım. Amma bir an gəldi və hər şey düzəldi.

1 il əvvəl evim, maşınım yox idi və külli miqdarda borcum var idi. Amma bir il sonra evim, son model avtomobilim oldu, borclarım da qurtardı. Lakin həmin vaxt demişdim ki, artıq mən bitdim. Zatən mənim nəsə etməyimə ehtiyac yox idi, məni öldürəcəkdilər”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: – “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …