Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Bu universitet tələbələrə fahişəliyin əsaslarını öyrədir

Bu universitet tələbələrə fahişəliyin əsaslarını öyrədir

İngiltərənin Darem Universiteti tələbələrə seks sənayesində idarəetməni öyrətməyə başlayıb. Bu barədə “The Times” qəzeti məlumat verib.

İngiltərənin Ali və Davamlı Təhsil naziri Mişel Dounlan universiteti belə bir qərara görə tənqid edib. Onun fikrincə, universitet bu yolla “təhlükəli sahəni qanuniləşdirir” və tələbələri müdafiə etmir.

Universitetin rəhbəri isə bu fikirdədir ki, seks sənayesində iş üzrə ikisəviyyəli kurs əksinə, oxuyanları təhlükədən qoruyur, çünki onsuz da hazırda tələbələrin çoxu qeyri-rəsmi olaraq bu cür xidmətlər göstərir.

Nazir bu fikirlə razılaşmayaraq ali məktəbin bu minvalla “seks satışını normallaşdırmamalı” olduğunu qeyd edib. Eyni zamanda xanım Dounlan cinsi istismara məruz qalmış qadınların dəstəklənməsinin zəruriliyini vurğulayıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …