Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / Lənkəran polisi maaş kartından pul oğurlayanın qarşısında belə acizdi?

Lənkəran polisi maaş kartından pul oğurlayanın qarşısında belə acizdi?

Lənkəran rayonu, Hirkan qəsəbəsi sakini Quliyev Habil Böyükağa oğlu Azinforum.az-a müraciət edərək bildirib ki, 2020-ci ilin dekabr ayında onun adına olan “Kapital Bank”a məxsus əmək haqqı kartından 1050 manat pul oğurlanıb. Hətta həmin kartdan 070-746-49-46 telefon nömrəsinə kontur yükləmək üçün ödəniş də olunub.

 Şikayətçinin sözlərinə görə, o, həmin andaca Lənkəran Rayon Polis İdarəsinə şikayət  ərizəsilə müraciət edib: “Məni polisdən “Kapital Bank”a yönləndirdilər. Bankdan mənə pulun həqiqətən oğurlandığını təsdiq edən cədvəl verdilər. Mən həmin cədvəli və hesabımdan pulun köçürüldüyü telefon nömrəsini polisə verdim. Bu barədə dəfələrlə 102 çağrı mərkəzinə də məlumat versəm də, hələ də mənim pulumu oğurlayan adamı məsuliyyətə cəlb etmirlər. Azərbaycan polisinin uğurlu fəaliyyətindən məlumatlıyam. Aşkarlanması çox asan olan bu cinayətin üstünün bir il ərzində açılmaması məndə dərin təəssüf doğurur. Hesab edirəm ki, Lənkəran polisi bu işin ciddi araşdırılmasında maraqlı deyil. Cənab nazirimiz Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələdə mənə köməklik etsin”.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

“Azinforum” ictimailəşdirdiyi mövzu dövlət qurumlarını hərəkətə gətirdi-“Gənclik” ətrafı təmizləndi+Video

Azinforum.az-ın metronun “Gənclik” stansiyası ətrafındakı piyada səkülərin mağaza və “obyekt” sahibləri tərəfindən qanunsuz zəbt edərək, …