Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Ərdoğan dəyərləndirdi: “İran səhv addım atıb“

Ərdoğan dəyərləndirdi: “İran səhv addım atıb“

“İsraillə münasibətlərinə görə İranın Azərbaycanı hədəf taxtasına qoymaq kimi bir niyyətə düşməz”.

Yenisabah.az İHA-ya istinadla bildirir ki, bunu Afrika turnesindən dönən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Dövlət başçısı İran-Azərbaycan gərginliyinin hərbi qarşıdurmaya çevrilib-çervrilməyəcəyi ilə bağlı suala cavab verərkən deyib:

“Şəxsən mənim belə bir gözləntim yoxdur. İsraillə münasibətlərinə görə İranın Azərbaycanı hədəf taxtasına qoymaq kimi bir niyyətə düşməz. Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir. Bu, onları (İranı – red.) düşünməyə vadar edir, çünki elə də asan məsələ deyil. Atılan addımlar yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməyəcək”.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …