Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / İcra başçısı rayonun deputatının üzərinə silah çəkib

İcra başçısı rayonun deputatının üzərinə silah çəkib

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2011—2016-cı illərdə) Tahir Kərimovla həmin dövrdə rayonun deputatı olmuş Əliağa Hüseynov barəsində sensasion məlumat yayılıb. 

Salyan şəhər sakinlərindən daxil olan məlumata görə, 2012-ci ildə Salyanın icra başçısı ilə deputatı əlbəyaxa olublar. Hadisə Salyan şəhərində yerləşən “Gölüstü” restoranında baş verib. 

Hadisəyə şahidlik etdiyini iddia edən sakin bildirib ki, həmin vaxtı icra başçısı Tahir Kərimov xidməti avtomobilində gəzdirdiyi silahı Salyanın deputatı olan Əliağa Hüseynovun üzərinə çəkib. Bu zaman restoranda olan Salyanın prokuror müavini tərəfləri sakitləşdirməyə çalışıb. 

Hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb Tahir Kərimovun Əliağa Hüseynovdan mütəmadi olaraq pul istəməsi olub. 

Məsələ ilə bağlı Əliağa Hüseynov Demokrat.az-a qısa açıqlamasında hadisənin olduğunu təksib edib. 

O, belə bir hadisənin yaşanmadığını söyləyib. 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …