Ana səhifə / Cəmiyyət / İlham Əliyev: “Süni bahalaşmaya yol verənlər cəzalandırılacaq”

İlham Əliyev: “Süni bahalaşmaya yol verənlər cəzalandırılacaq”

“Hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub. Biz çalışacağıq ki, manatın məzənnəsi ilə bağlı qaçılmaz qərarın fəsadlarını azaldaq, minimum səviyyəyə endirək”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışıında deyib.
Dövlət başçısı bildirib ki, süni bahalaşmaya yol verənlər, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək: “Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”.

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …

Bir cavab yazın