Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Siyasət / Azərbaycan Laçın yolunu bağlaya bilərmi? – ŞƏRH

Azərbaycan Laçın yolunu bağlaya bilərmi? – ŞƏRH

“Azərbaycan nə istəsə edə bilər. Amma bütün istəklərin bədəli var”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə “Azərbaycan Ermənistandan gələn Laçın yolunu 10 noyabr bəyanatının 4-cü bəndinin (qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması) yerinə yetirilməməsi ilə əsaslandırıb bağlaya bilərmi” sualını cavablandırarkən deyib. 

Politoloq qeyd edib ki, 10 noyabr bəyanatında Azərbaycan və Ermənistandan başqa üçüncü dövlətin də imzası var:

“Bədəl ondan ibarətdir ki, 10 noyabr bəyannaməsində, yəni 3 tərəfli müqavilədə təkcə Azərbaycan və Ermənistan deyil, həm də Rusiyanın imzası var. Əgər biz Rusiyanın imzasına hörmət etmədən yolu bağlasaq, aqibətimiz bəllidir. Hər şeyin əndazasi və vaxtı var”.

Sabiq MTN rəsmisi İlham İsmayıl isə bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhəddi 10 noyabr bəyanatında konkret maddə ilə göstərilməyib:

“Sergey Lavrov bununla bağlı yanvar ayında xüsusi bir izahat verdi. Biz soruşanda ki, Ermənistan rəsmiləri xəbardarlıq etmədən ordan niyə keçib gəlir, Lavrov dedi ki, buradan yalnız Ermənistan və Rusiya vətəndaşları keçə bilər. Belə bir şifahi razılaşma əldə olunub. Bu sənəddə yoxdur. Amma biz bu məsələni qaldıra bilərik, əsasımız da var. Əsasımız ondan ibarətdir ki, 4-cü bənddə Rusiya sülhməramlılarının bölgədə erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir deyilir. Bu bəndə isə 9 aydan yuxarıdır ki, əməl olunmur. 3 və 4-cü bəndlər arasında təzad var. 3-cü bəndə göstərilir ki, tərəflər indiki mövqelərində dayanmalıdır. Belə çıxır ki, erməni hərbi birləşmələri öz mövqelərində, biz isə öz mövqelərimizdə  dayanmalıyıq. 4-cü bəndə isə deyirik ki, bu çıxarılmalıdır. Yaxşı, başa düşürük ki, 3-cü bəndə bu dayandı, amma bu çıxarılma başqa prosesdir. 

Həmin sərhəddən Ermənistan silahlı qüvvələrinin həm canlı qüvvəsi, həm də hərbi texnikası gəlir. Monitorinq Mərkəzi isə bunu nə qeyd edə, nə də mane ola bilir. Ümumiyyətlə, mane olmaq istəmir. Ona görə də dövlət sərhəddinə sülhməramlılarla birgə nəzarət edilməsi məsələsini qaldırmalıyıq ki, oradan keçənlər birbaşa bizim nəzarətimizdə olsun, Bilək ki, kim gəlir, kim gedir, nə gətirilir, nə aparılır. Biz bunu dəfələrlə qaldırmışıq. Rəsmilərdən xahiş etmişik ki, bu məsələni qaldırın. Baxmayaraq ki, 10 noyabr bəyanatında bu barədə konkret nəsə yoxdur. Amma bəyanata zidd olduğu üçün bu məsələ Rusiyanın qarşısında qaldırılsın və sərhəddə birgə nəzarət məsələsi həll olunsun”.

Həmçinin oxuyun

Paşinyan Azərbaycana GƏLƏCƏK?

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla …