Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Ermənistan ordusunu Şuşanın şimalında kim yerləşdirib?

Ermənistan ordusunu Şuşanın şimalında kim yerləşdirib?

“Rusiya Müdafiə Nazirliyinin Laçın dəhlizi və Qarabağda yerləşdirdiyi silahlı qüvvələrindən çox əcaib bir bəyanat yayılıb. Bəyanatda 13 iyulda Azərbaycan və Ermənistan ordusu arasında Şuşanın şimalı qərbində atışma olub, ancaq tələfat olmayıb deyə qeyd olunur”.

Belə bir açıqlama ilə Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev çıxış edib. O, qeyd edib ki, belə bir əcaib bəyanatdansa, Rusiya MN Ermənistan ordusunu Şuşanın şimalında kim və nə vaxt yerləşdirib onu izah etməli idi:

“Ermənistan ordusunu həm o zonadan, həm də Xankənddən nə vaxt Ermənistana dislokasiya edəcəyinin tarixini bildirməli idi. Əgər bacarmırsa, Azərbaycana öz torpaqlarını Ermənistan ordusundan təmizləsin xahişini etməli idi. Rus qoşunları orada yenidən Erməni silahlıları yaratmaq üçün dəvət edilməyiblər”.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …