Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bu il 8 minə yaxın müəllim işlə təmin olunacaq

Bu il 8 minə yaxın müəllim işlə təmin olunacaq

Bu il 50 mindən çox insanın müəllimlərin işə qəbul imtahanında iştirakı nəzərdə tutulur. Bunlardan 7-8 min nəfərin işlə təmin olunması gözlənilir.

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

O qeyd edib ki, bir mövsümdə bu sayda müəllimin işlə təmin olunması kifayət qədər böyük rəqəmdir:

“42 min müəllimin işlə təmin olunmaması hansısa narazılıq yarada bilər. Bu halda ən vacib müsabiqədir. Müsabiqədə bir qism müəllim qalib gələcək, digərləri iş yeri qazana bilməyəcək. Biz ən bacarıqlı insanları işə qəbul etmək istəyirik”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …