Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / “Türklər və ermənilər əsrlər boyu yan-yana yaşayıblar” – Hulusi Akar

“Türklər və ermənilər əsrlər boyu yan-yana yaşayıblar” – Hulusi Akar

“1915-ci il “erməni soyqırımı” haqqında iddialar cahilliyin təzahürüdür”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Tripoliyə səfəri zamanı bildirib.

“Türklər və ermənilər əsrlər boyu yan-yana yaşayıblar. 1915-ci il hadisələrinin təhrif edilməsi, sadəcə, səhv deyil, regionda sülh və sabitliyi təmin etmək, mehriban qonşuluq münasibətləri qurmaq cəhdlərinə zərbədir. Bu məsələ ilə tarixçilər məşğul olmalıdır”, – Akar vurğulayıb.

Nazir xatırladıb ki, Türkiyə öz arxivlərini tarixçilər üçün açmağa hazır olduğunu bəyan edib, Ermənistan və digər ölkələri də analoji addım atmağa çağırıb.

“Tarixi reallıqların təhrif edilməsi yolverilməzdir. Bu, ABŞ nümayəndələrinə də aiddir. Onlar ilk növbədə ABŞ Milli Arxivinin (NARA) 1915-ci il hadisələri üzrə məlumatlarını təhlil etməli idilər”, – Akar deyib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …