Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / 2021-ci ildə neftə tələbat artacaq? – RƏY

2021-ci ildə neftə tələbat artacaq? – RƏY

OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür.

Bunu Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

O bildirib ki, OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib:

“Brent və WTI markalı neftin qiymətləri 3-4 faiz artıb. “Brent” həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb”

Ekspert bildirib ki, bahalaşma bir sıra səbəblərdən baş verib:

“OPEC+ ölkəlri növbəti dəfə asanlıqla vahid razılıq əldə edə bildilər və bu neft bazarlarına müsbət təsir göstərdi. Təşkilata may, iyun və iyul üçün hasilatı artırsa da, bu 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. OPEC+ qərarları yaxşı icra olunur, fevral ayında müvafiq qərarın icrası 115 faiz yerinə yetirilmişdi. Bundan başqa, ABŞ və Asiya iqtisadiyyatlarından alınan müsbət siqnallar da pandemiya ilə bağlı mövcud qeyri-müəyyənliyə baxmayaraq müsbət təsirini göstərir”. (Trend)

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …