Ana səhifə / Aktual / Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı – Foto

Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı – Foto

Azərbaycanda ov edən ərəbləri tanımadığını dedikdən sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yeni görüntüləri yayılıb.

Konkret.az-ın yaydığı xəbərdə bildirilir ki, Azərbaycanda qanunsuz ov ovlayan ərəblər Kəmaləddin Heydərovun dəvətilə Azərbaycana gəliblər. Onların arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var.

Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan FHN-ə məxsus helikopterlə gedib-gəlirlər.

Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb.

Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı - Foto
Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı - Foto
Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı - Foto

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …