Ana səhifə / Cəmiyyət / Tarix İnstitutu struktur dəyişiklikləri barədə açıqlama yaydı

Tarix İnstitutu struktur dəyişiklikləri barədə açıqlama yaydı

“Bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə bir sıra saytların “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə zidd olaraq, birtərəfli qaydada institutda keçirilməsi nəzərdə tutulan kompleks struktur dəyişiklikləri haqqında təklifləri qəsdən siyasiləşdirməsi, reallığı əks etdirməyən uydurma məlumatlar yayması, sistemli və məqsədyönlü şəkildə qaralama kampaniyası təşkil etməsi təəssüf hissi doğurur”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tarix institutunda həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri haqqında təkliflər üzrə rəsmi qərar qəbul edildikdən sonra, bu barədə geniş ictimaiyyətə ətraflı məlumat veriləcək və kütləvi informasiya vasitələrinin hər bir sualı istisnasız olaraq cavablandırılacaq.

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …