“Sərt karantin tədbirlərindənsə və insanları cərimələyib cinayət işi açmaqdansa, özünü qoruyub pandemiyanın sonuna qədər yoluxmayan şəxslərə çox yox, 1000 AZN mükafat veriləcəyi elan edilsəydi, yoluxma dəfələrlə az olardı, insanlarımız daha sağlam qalardı, ölümlər daha az olardı. Bu, çox müsbət motivasiya olardı, məncə! Pullar xəstələrə, dərmanlara, məmurlara yox, özünü qoruyan sağlam insanlara gedərdi”.
Bunu həkim Aydın Əliyev deyib.
“Bir COVİD-19 xəstəsinin stasionar müalicəsinin xərci təqribən 10 000 AZN-ə, reanimasiyada yatan ağır xəstələrdə isə bu rəqəm bəzən 30 000 AZN-ə çatır. Bütün bu xərcləri dövlət qarşılayır, sağolsun. Üstəgəl sərt karantin xərcləri, iqtisadiyyatın zəifləməsi, təhsilin zəifləməsi, bəzi məmurların situasiyadan istifadə edərək büdcədən çoxlu pullar oğurlaması, hamısı bir yerdə milyardlarla vəsait edir!” – A.Əliyev bildirib.