Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Azəripəy”in zərəri 4 dəfədən çox artıb

“Azəripəy”in zərəri 4 dəfədən çox artıb

Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC 2019-cu ili 262 min manat zərərlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,2 dəfə çoxdur.

2019-cu ildə “Azəripəy”in satış hesabına əsas əməliyyat gəlirləri 1,768 milyon manat (2018-ci ilə nisbətən 3,6 dəfə çox), satışının maya dəyəri 1,445 milyon manat (4,9 dəfə çox), sair əməliyyat gəlirləri 5 min manat (2018-ci ildə olmayıb), kommersiya xərcləri 6 min manat (15,55% çox), inzibati xərcləri 578 min manat (2,7 dəfə çox), sair əməliyyat xərcləri 6 min manat (86,25% və yaxud 7,3 dəfə az) təşkil edib.

2020-ci il yanvarın 1-nə “Azəripəy”in aktivləri 9,534 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,3% azalaraq 2,273 milyon manata düşüb, balans kapitalı isə 4,1 dəfə artaraq 7,262 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,2 dəfə artıraraq 7,587 milyon manata çatıb.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex, qeyri-istehsal sahələrinə isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələri daxildir.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …