Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Bakıda qızıl medal qazanmış gimnast diskvalifikasiya olundu

Bakıda qızıl medal qazanmış gimnast diskvalifikasiya olundu

Beynəlxalq Gimnastika Federasiyası (FIG) ukraynalı idmançı Oleq Vernyayevi cəzalandırıb.

“Report” NBC telekanalına istinadən xəbər verir ki, 27 yaşlı gimnast müvəqqəti olaraq, yarışlardan kənarlaşdırılıb.

FIG diskvalifikasiyanın səbəbini açıqlamayıb.

Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olmuş Oleq Vernyayev eyni zamanda dünya və altıqat Avropa çempionudur. O, həmçinin 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa Oyunlarında qızıl medal qazanıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …