Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Keçmiş icra başçısı məhkəmə zalında həbs edildi

Keçmiş icra başçısı məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.

R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirlənidirilir. Hazırlıq iclasında onun anket məlumatları dəqiqləşdirilib.

Keçmiş icra başçısı barəsində olan ev dustaqlığı dəyişdirilərək haqqında həbs-qətimkan tədbiri seçilib. R.Alışov məhkəmə zalında həbs edilib.

Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

 

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın