Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Nardaran ziyarətgahının axundu həbs edildi

Nardaran ziyarətgahının axundu həbs edildi

Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib. Məlumatda bildirilir ki, Nardarandakı Rəhimə xanım Ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın