Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Aktual / Paşinyan hərbi istehsalın artırılması üçün təlimat verdi

Paşinyan hərbi istehsalın artırılması üçün təlimat verdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hərbi-sənaye kompleksinin “Garni Ler” və “Arsenal” müəssisələrində olub.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan hökuməti başçısının mətbuat xidməti yayıb.

Hərbi-sənaye kompleksinin müəssisələrini ziyarət edərkən Paşinyana artilleriya topları, mərmi və döyüş başlıqları da daxil olmaqla müəssisələr tərəfindən istehsal olunan məhsulların nümunələri nümayiş etdirilib. Bundan əlavə, baş nazirə gecə görmə cihazı olan və məsafədən idarə olunan iriçaplı odlu silahlar göstərilib.

Paşinyan müdafiə müəssisələrinə istehsal güclərini artırmaq üçün tempi sürətləndirməyi tapşırıb.

Virtualaz.org

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …