Ana səhifə / İdman / Messi qışda “Mançester Siti”yə keçə bilər

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər.

“Report”un “Daily Star”a istinadən məlumatına görə, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun transferindən 15 milyon funt kompensasiya əldə edəcəklər. Argentinalı forvardın hazırkı müqaviləsi gələn yay başa çatacaq.

Qeyd edək ki, bu mövsüm Lionel Messi 4 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …