Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Prezidentin köməkçisi Gəncədə yaralanan uşağın fotosunu paylaşdı

Prezidentin köməkçisi Gəncədə yaralanan uşağın fotosunu paylaşdı

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında #Gəncəgüclüdür həştəqindən istifadə edərək qeyd edib:

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …