Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Universitetin mühafizəsinə 29 nəfər cəlb olundu

Universitetin mühafizəsinə 29 nəfər cəlb olundu

“Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.


Tender müsabiqəsinin qalibi “Gesco” ASC olub. Müsabiqənin şərtinə görə bu şirkət “Bakı Mühəndislik Universiteti”nə 29 nəfərlə  mühafizə xidməti göstərəcək. Onlardan 1-i xidmət rəisi, 3-ü növbə rəisi, 1-i qız olmaqla 25-i isə mühafizəçi olacaq. Göstərilən xidmətin qarşılığında “Gesco” ASC “Bakı Mühəndislik Universiteti”ndən 64 min 782 manat alacaq.


Məlumat üçün bildirək ki, “Gesco” ASC 26.05.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4000 manat olan ASC-nin qanuni təmsilçisi Cəlilov Anar Qafar oğludur.(yeniavaz.com)

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …