Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Nazirlər Kabinetindən əcnəbilərlə bağlı QƏRAR

Nazirlər Kabinetindən əcnəbilərlə bağlı QƏRAR

Nazirlər Kabineti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Dəyişiklik “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket”lə bağlıdır.

Beləliklə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırılır. Bu sıraya əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil aldığı hallar da daxil edilir.

Həmçinin oxuyun

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – Sərəncam

Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya …