Ana səhifə / Cəmiyyət / “Komada olduğum müddətdə filmlər görürdüm, özü də rəngli…” – Bəhram Bağırzadə

“Komada olduğum müddətdə filmlər görürdüm, özü də rəngli…” – Bəhram Bağırzadə

Əməkdar artist Bəhram Bağırzadə İnstaqramda canlı yayımda həmkarı Tahir İmanovun qonağı olub.

Koronavirus infeksiyasına yoluxan aktyor xəstəliyini reklam adlandıranlara cavab verib: “Kimlərsə deyir ki, Bəhram koronavirusu reklam edir, bağda oturub, dincəlir, heç nə olmayıb. Belə cahillərə inanmayın. Koronavirus var və çox təhlükəlidir. Kimsə bunu yüngül, kimsə ağır keçirir. Mənim qohumlarımda yüngül forması idi. Nəsildə ən ağır məndə oldu. Xəstəxanaya çatdırılanda özümdə deyildim. Azərbaycanda EKMO aparatına qoşulan ilk insanam.

Komada olduğum müddətdə filmlər görürdüm. Özü də rəngli. Ən pisi ayıldıqdan sonrakı 4-5 gündür. Adam heç nə xatırlamır, nə baş verdiyini, burda niyə olduğunu başa düşmür. Çox qəmgin olursan.

İki həftəyədək belə danışa bilmirdim. İndi isə şükür Allaha, danışmağımda da heç bir problem qalmayıb”.Axsam.az

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …