Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Rövnəq Abdullayev Mübariz Mənsimovun həbsi haqda

Rövnəq Abdullayev Mübariz Mənsimovun həbsi haqda

“Daha əvvəl bildirdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun həbsi ilə əlaqəsi tamamilə əsassız yalandır”.

ARDNŞ (SOCAR) prezidenti Rövnəq Abdullayevin MQTV kanalının redaksiyasına yazılı açıqlamasında belə deyilir.

SOCAR prezidentinin sözlərinə görə, o heç vaxt Türkiyənin məhkəmə sisteminə müdaxilə cəhdləri etməyib.

“Məhkəmə sisteminə müdaxilənin mümkünlüyünə inanmırıq. SOCAR-ın Mübariz Mənsimovun həbsində iştirakı yoxdur. Ümumiyyətlə, onun həbsi bizim maraqlarımıza uyğun deyil. Ədalətli məhkəmə hökmünə inanırıq”,-deyə açıqlamada bildirilib.

Rövnəq Abdullayev qeyd edib ki, 2018-ci ildən London və Dubaydakı arbitraj məhkəmələrində “Palmali”yə qarşı məhkəmə təhqiqatları aparılır.

“Məqsədimiz “Palmali”nin Azərbaycana yüz milyonlarla borcunu qaytarmaqdır. Ümid edirəm ki, Türkiyə onunla bağlı ədalətli qərar verəcəkdir”, – deyə SOCAR prezidenti vurğulayıb. Virtualaz.org

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …