Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Pakistanda təhsil alan pilotlarımızın buraxılış mərasimi keçirildi — FOTOLAR

Pakistanda təhsil alan pilotlarımızın buraxılış mərasimi keçirildi — FOTOLAR

Pakistan İslam Respublikasının Əsğər Xan Hərbi Hava Qüvvələri Akademiyasında təhsil alan Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının buraxılış mərasimi keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Pakistan İslam Respublikasındakı Hərbi Attaşe Aparatı nümayəndələri, akademiyanın komandanı aviasiya vitse-marşalı Həmid Rəşid Randhava və Uçuş Təlimatçıları Məktəbinin rəsmiləri iştirak ediblər.


Mərasimdə çıxış edən aviasiya vitse-marşalı H.Randhava məzunları təbrik edərək ölkələrimizin HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.


Ölkəmizin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov pilot hazırlığı proqramı çərçivəsində Azərbaycan zabitlərinə göstərilən köməkliyə görə qarşı tərəfə Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …