Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / Xəzər TV SOCAR-ın balansına keçdi

Xəzər TV SOCAR-ın balansına keçdi

Bu gün Xəzər TV MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb. 

Bu barədə “Qafqazinfo”ya SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. 

Bildirib ki, kanalın yeni rəhbəri, Xalq artisti Murad Dadaşov “SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib. 

Qeyd edək ki, “SOCAR Media” İB SOCAR-ın təsisçiliyi ilə yaradılıb.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …