Ana səhifə / Aktual / Seçkinin nəticələri təsdiqləndi

Seçkinin nəticələri təsdiqləndi

Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Pleniumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib.

“Qərar elan olunduğu gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan tərəfindən dəyişdirilə bilməz”, – deyə F. Abdullayev bildirib.

Fərhad Abdullayev sonda seçilən deputatları təbrik edib.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …