Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Fransada müxalif bloqer İmran Əliyevə 135 bıçaq zərbəsi vurublar

Fransada müxalif bloqer İmran Əliyevə 135 bıçaq zərbəsi vurublar

Çeçenistan hakimiyyəti barədə tənqidi çıxışlar edən və bu il yanvarın sonlarında Fransada qətlə yetirilən, “Qoca Mənsur” ləqəbli çeçen bloqer İmran Əliyevə 135 bıçaq zərbəsi vurublar.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Lill şəhərinin prokurorluğu açıqlayıb. Bundan əlavə Əliyevin seksual zorakılığa məruz qaldığı da bildirilir. Onun qətlində Çeçenistanda yaşayan Rusiya vətəndaşı şübhəli bilinir, amma adı açıqlanmır.

Ötən ay “Business İnsider” nəşri yazmışdı ki, killer qətlə yetirilən İmran Əliyevlə tanış olub. Onlar Belçikadan Fransaya qatarla birlikdə gediblər. Qatil Əliyevi öldürdükdən dərhal sonra Fransadan Almaniyaya keçib, oradan Rusiyaya qayıdıb.

“Qoca Mansur”un meyiti Lill şəhərindəki otellərdən birində, yanvarın 30-da səhər saatlarında aşkar edilib. Nömrə yanvarın 29-dan 30-na keçən gecə üçün bron edilmişdi və otelin sonuncu mərtəbəsində yerləşirdi. Meyitin üzərində çoxsaylı bıçaq zərbələri aşkar edilib, yanında bıçaq olub.

Məlumdur ki, qatil özünü onkoloji xəstə kimi qələmə verib və bu yolla Almaniya vizası alıb.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …