Cümə axşamı , May 2 2024
Ana səhifə / Aktual / Azərbaycanın hansı istiqamətdə sərhədləri bağlıdır? – Gömrük Komitəsindən AÇIQLAMA

Azərbaycanın hansı istiqamətdə sərhədləri bağlıdır? – Gömrük Komitəsindən AÇIQLAMA

Koronavirusun qonşu ölkələr İran, Gürcüstan və Rusiyada yayılması rəsmən təsdiq olunduqdan sonra Azərbaycan tərəfi virusdan qorunmaq üçün müəyyən addımlar atmağa başlayıb.

Artıq Nazirlər Kabinetinin qərarı ilə məktəb, baxça və universitetlərdə dərslər dayandırıldı. Gürcüstan özü də virusun yayıldığı qonşu ölkələrlə sərhədlərini bağlayıb.

Maraqlıdır, Azərbaycan tərəfi hansı istiqamətdə sərhədlərini bağlayıb?

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, Gömrük xidməti polkovniki Natiq Axundov Cebhe.info-ya açıqlamasında yalnız İran istiqamətində gediş-gəlişə məhdudiyyət tətbiq edildiyini deyib:

“Digər qonşu ölkələrlə gediş gəlişdə heç bir məhdudiyyət tətbiq edilməyib”.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …