Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Vilayət Eyvazovdan daha bir dəyişiklik – Nazir bir idarə və şöbəni ləğv etdi, səlahiyyətlərini nazirliyə verdi

Vilayət Eyvazovdan daha bir dəyişiklik – Nazir bir idarə və şöbəni ləğv etdi, səlahiyyətlərini nazirliyə verdi

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …