Ana səhifə / Aktual / Mandatsız qalan Elmira Axundova üçün YENİ VƏZİFƏ: – Keçmiş deputat səfir göndərilir

Mandatsız qalan Elmira Axundova üçün YENİ VƏZİFƏ: – Keçmiş deputat səfir göndərilir

Azərbaycanın bir sıra ölkələrdəki səfirlərinin dəyişdirilməsinə hazırlıq görüldüyü bildirilir.

Yenicag.az-a daxil olan informasiyaya görə, bu hazırlıq çərçivəsində Azərbaycanın ilk növbədə Ukrayna və Rusiyadakı səfirləri dəyişdiriləcək.

Məlumata əsasən, artıq Ukraynadakı səfirimiz Azər Xudiyev və Rusiyadakı təmsilçimiz Polad Bülbüloğlunun xələfləri də müəyyənləşib.

Qeyd olunur ki, Azər Xudiyevin yerinə keçmiş deputat Elmira Axundovanın təyinat alacağı artıq qətiləşib.

Polad Bülüloğlunun postuna isə Azər Xudiyevin göndərilməsi nəzərdən keçirilir. Əgər bu variant uyğun sayılmazsa, o halda Xudiyev Avropa ölkələrindən birinə səfir göndəriləcək.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …