Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / “Oqtay Gülalıyev az da olsa ayaqları üzərində dura bilir” – Video

“Oqtay Gülalıyev az da olsa ayaqları üzərində dura bilir” – Video

Oqtay Gülalıyevin səhhətində müəyyən irəliləyişlər yaranıb.

Bu barədə oğlu Təbriz Gülalıyev məlumat verib.

“Atamın səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatdan sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhəti pisləşmir. Az da olsa yardımçı vasitə ilə öz ayaqları üzərində dura bilir”

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

Həmçinin oxuyun

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb.  Qaynarinfo xəbər verir …