Ana səhifə / Kriminal / Bakıda oğrular qarət etdikləri evi yandırıblar – VİDEO

Bakıda oğrular qarət etdikləri evi yandırıblar – VİDEO

Bakıda oğru və ya oğrular qarət etdikləri evi yandırıblar.
“Report”un məlumatına görə, hadisə yanvarın 5-də axşam saatlarında Binəqədi rayonu Kənd Binəqədi yaşayış massivində törədilib. 
Qalib Məmmədova məxsus ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı yaşayış evi yanıb.
Hadisənin əsil səbəbi isə yanğın söndürüləndən sonra ortaya çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, oğru və ya oğrular evi yandırmazdan əvvəl qarət ediblər. Onlar pəncərənin dəmir barmaqlıqlarını kəsərək evə daxil olublar. Evdən 3 radiator, 1 televizor, 5000 manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Daha sonra izi itimək üçün evi yandırıblar.
Ev sahibi hadisə ilə bağlı Binəqədə rayonu 43-cü Polis Bölməsinə məlumat verib.
Faktla bağlı araşdırma aparılır. 

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …