Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Gənc alim deputatlığa namizəd oldu – Foto

Gənc alim deputatlığa namizəd oldu – Foto


AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev (Elyar İslamoğlu) 9 saylı Binəqədi ikinci seçki dairəsindən öz təşəbbüsülə deputatlığa namizədliyini verib.
Əpoş Vəliyev hal-hazırda namizədin müdafiəsi üçün seçici imzalarının toplanması prosesinə başlayıb.
Xatırladaq ki, Əpoş Vəliyev folklorşünas olmaqla yanaşı, həm də hüquqşünasdır. O, ictimai fəaldır, sosial mövzularda tez-tez müxtəlif verilişlərdə iştirak edir. Yas və toy mərasimlərindəki israfçılıq, gənclərin evsizlik, kirayə mənzil problemləri, işıq və qaz limitinə güzəştlərin tətbiq edilməsi, qız uşaqlarının erkən nigahının qarşısının alınması, gənclərin yaxşı təhsil alması, məktəblərdə və dərsliklərdəki qüsurlar, bağça problemləri və s. mövzularda mütəmadi mətbuatda çıxışlar edən, müsahibələr verən Əpoş Vəliyev həm də beynəlxalq və respublika konfranslarında iştirak edir, təhsilə, maariflənməyə öz töhfələrini verir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …