Ana səhifə / Kriminal / Bakıda əri tərəfindən döyülən qadından dəhşətli addım

Bakıda əri tərəfindən döyülən qadından dəhşətli addım

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Azinforum.az apa-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb. 

Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …