Ana səhifə / Sosial / Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağında mebel dəsti yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …