Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Zəhərlənən qızlar evə buraxıldı

Zəhərlənən qızlar evə buraxıldı

Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənən tələbə qızlar evə buraxılıb. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə olunan 2 tələbə qız – Dilrubə Quliyeva və Həmidə İbadova bu gün saat 14:50-də evə yazılıblar. 

Xatırladaq ki, tələbələr noyabrın 20-dən 21-nə keçən gecə ilkin ehtimala görə, qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlarla eyni otaqda qalan və zəhərlənən Şəkər Xasmətovanın isə meyiti aşkarlanıb. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …