Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / İcra Baş İdarəsinin rəisi: “Aliment qərarlarının 10 faizinin icrasında problem yaranır”

İcra Baş İdarəsinin rəisi: “Aliment qərarlarının 10 faizinin icrasında problem yaranır”

Azərbaycanda məhkəmələr tərəfindən çıxarılan aliment qərarlarının 10 faizinin icrasında problemlər yaranır.

Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib.

Onun sözlərinə görə, son vaxtlar alimentlə bağlı məhkəmə qərarlarının icrasına nəzarət daha da gücləndirilib: “Hazırda alimentlə bağlı qərarların demək olar ki, 90 faizi icra olunur. Haradasa, 10 faiz qərarlar icra olunmamış qalır. Bu da bizdə narahatlıq doğurur. İcra olunmamanın səbəbləri əsasən borcluların icradan yayınması ilə bağlıdır. Yəni həmin şəxsin ölkə hüdudlarından kənarda olması, axtarışa verilməsi onun alimentdən yayınmasına gətirib çıxarır”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …