Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Kanadada məscidə od vuruldu

Kanadada məscidə od vuruldu

Kanadanın Ontario vilayətindəki Peterboro şəhərində naməlum şəxslər məscidə od vurublar.

Milli.az bildirir ki, yanğın yerli müsəlmanlardan birinin oğlunun anadan olmasına həsr olunmuş bayram tədbirindən yarım saat sonra baş verib.

Peterboro müsəlman icmasının rəhbəri Kenza Abdullanın dediyinə görə, yanğında xəsarət alan olmasa da, məscidə böyük ziyan dəyib və o, bağlanıb.

Polis olayı araşdırır. İlkin məlumata görə, məscidin yandırılması Parisdəki teraktlarla bağlıdır.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: – “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …

Bir cavab yazın