Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Messi dünyanın güclüsüdür, Maradona tarixin”

“Messi dünyanın güclüsüdür, Maradona tarixin”

Argentina millisinin əfsanəvi futbolçusu Qabriel Batistuta sabiq komanda yoldaşı Dieqo Maradona və “Barselona”nın hücumçusu Lionel Messi haqda danışıb.
Qol.az xəbər verir ki, bu barədə ölkə mətbuatına müsahibəsində danışan argentinalı veteran futbolçu Maradonanın Messidən daha yaxşı olduğunu hesab edib:
“Maradona bir çox aspektlərdə tarixin ən yaxşısıdır. Ola bilər ki, Messi texniki cəhətdən güclüdür. Mənə görə də Messi dünyanın ən yaxşısıdır. Amma Maradona tarixin ən güclüsüdür. Bu sadəcə, mənim fikrimdir. Başqaları fərqli düşünə bilər”.
Qeyd edək ki, Q. Batistuta karyerası ərzində “Roma”, “İnter”, “Fiorentina” kimi komandalarda çıxış edib. O, milli komandada çıxdığı 78 oyunda 54 qol vurub.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …