Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Şəki polisi sürücünün “başına pul qoydu”: 1000 manat (VİDEO)

Şəki polisi sürücünün “başına pul qoydu”: 1000 manat (VİDEO)

Ötən gecə 00:20 radələrində Şəkidə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. 
 1969-cu il təvəllüdlü, Şəki rayon İncə kənd sakini İsmayılov Mübariz Qurbanəli oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan şəxs elə hadisə yerindəcə keçinib.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib.
Hadisəni törədən sürücünün axtarışları isə davam etdirilir.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsi vətəndaşlara müraciət edib. Müraciətdə həmin qəza hadisəsini görən şəxslərdən dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Şəki Şəhər Rayon Polis Şöbəsi məlumat verən şəxsə onun anonimliyi qorunmaq şərti ilə 1000 manat məbləğində pul mükafatının veriləcəyini bildiri (Region TV).

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın