Ana səhifə / Kriminal / Mahirin evi qarət edildi – Xeyli pul, qızıl oğurlandı

Mahirin evi qarət edildi – Xeyli pul, qızıl oğurlandı

Azərbaycan yığmasının və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin evinə oğru girib. Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

Onun Sulutəpədəki evindən 20 min dollar, 17 min manat, qızıl-zinət əşyaları və mobil telefonlar oğurlanıb. Futbolçu məsələni hazırda istintaq orqanlarının araşdırdığını bildirib:

“Hadisə olub və polisə müraciət etmişəm. Hazırda məsələ araşdırılır. Hüquq-mühafizə orqanları bununla məşğuldur. Polislərə təşəkkür bildirirəm ki, əllərindən gələni edirlər”. 

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …