Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Leyla Əliyeva Bakı bulvarında sərgidə – Fotolar

Leyla Əliyeva Bakı bulvarında sərgidə – Fotolar

Sentyabrın 9-da Bakı Dənizkənarı Milli parkında “Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır.

Açılışa Leyla Əliyeva, Nargisin tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgi 9 sentyabrdan- 5 oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …