Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Vilyam Hacıyev sakinlərin körpü problemi ilə bağlı tapşırıq verdi

Vilyam Hacıyev sakinlərin körpü problemi ilə bağlı tapşırıq verdi

11 sentyabrda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Qaragüvəndikli kəndində növbəti səyyar qəbul-görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul edilib.

Müraciətlər kəndə gedən yolda Boztəpə kanalı üzərindəki keçid körpünün bərpa olunması və kənd ərazisində Sip kabelləşmə işlərinin aparılması barədə çətinliklərin həllinə köməklik göstərilməsi ilə bağlı olub.

İcra başçısı vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …