Ana səhifə / Cəmiyyət / “Dəniz kuboku – 2019”da artilleriya atışları yerinə yetirilib – VİDEO

“Dəniz kuboku – 2019”da artilleriya atışları yerinə yetirilib – VİDEO

“Dəniz Kuboku – 2019” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bu mərhələdə gəmilər hərəkətdə olarkən artilleriya atəşi ilə mina hədəfinin məhv edilməsi tapşırığını uğurla həyata keçiriblər. Atışlar 200 metr məsafədən icra olunub. 

Beynəlxalq hakimlər briqadası gəmilərin vaxtında gəlməsi və hədəflərin məhv edilməsi üzrə qiymətləndirmə aparıblar. Qərara əsasən Azərbaycan və Rusiya komandaları 40 balla birinci, Qazaxıstan 36 balla ikinci, İran komandası isə 18 balla üçüncü yerə layiq görülüb. 

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …